Hüseyn Abdullayev Prezidentə müraciət etdi
  • Sabiq millət vəkili, iş adamı Hüseyn Abdullayev Prezident İlham Əliyevə müraciət edib.

FOXnews.az-ın Yeni Müsavat”a istinadən verdiyi xəbərə görə, Milli Məclisin keçmiş üzvü müraciətində ABŞ elçiliyinə səfirlik binası tikmək üçün satmaq istədiyi torpaq sahəsinə sənəd ala bilmədiyini vurğulayıb. Qeyd edib ki, bu işdə ona əsasən prezidentin köməkçisi Əli Əsədov mane olur.

Keçmiş deputat dövlət başçısından bu duruma müdaxilə etməyi xahiş edib.

"Altı ilə yaxın bir müddətdə hökumətdə təmsil olunan bəzi məmurların mənə qarşı məkrli planlarına səbirlə yanaşdım, lakin bu adamlar heç dəyişmədilər. Çıxış yolu olaraq Sizə müraciət etməyi qərara aldım"-deyə müraciətində qeyd edən H.Abdullayev bildidb ki, bütün bunlar 2007-ci ildə ona qarşı çirkin oyunlar quran bəzi məmurların növbəti məkrli əməlləridir.
"Bu adamların mənə qarşı qərəzinin səbəbi hələ də mənə aydın deyil. Mən heç bir siyasi iddiası olmayan sahibkar və iş adamıyam. İnanıram ki, bir sahibkar və iş adamı olaraq bu gün üzləşdiyim qanunsuzluqların və fəaliyyətimə yaradılan əngəllərin aradan qaldırılmasına göstəriş verəcəksiniz".

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.