Nigar Yaqublu azadlığa buraxıldı (YENİLƏNB)
  • Sosial şəbəkələrdə Nigar Yaqublunun azadlığa buraxılması ilə bağlı xəbərlər yayılıb.

Musavat.com-un məlumatına görə, Nigar Yaqublu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli olduğundan, Kürdəxanı istintaq təcridxanasından evə buraxılıb. Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı Nigar Yaqublunun evə buraxılması xəbərini təsdiqləyib. Məlumata görə, Nigar hazırda evə gedir.

N. Yaqublunun vəkili Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, qanuna uyğun olaraq N. Yaqubluya gün ərzində 12 saat sərbəstlik verilib və o bu müddəti evində, doğmaları ilə bir yerdə olacaq.

Xatırladaq k, Nigar Yaqublu ötən ilin yayında talehsiz yol qəzasında təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.