Bakı-Şamaxı yolunda qəza:3 ölü
  • Buzlu yolda “Kamaz” “Juquli”nin üzərinə çıxıb. Bakı-Şamaxı yolunun 28-ci kilometrliyində 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Vüsal Məmmədovun verdiyi məlumata görə, rayondan Bakı istiqamətinə gedən 1976-cı il təvəllüdlü Gündüz Dadaşovun idarə etdiyi “Kamaz” markalı yük maşını ilə İsmayıllı rayonu sakini 1976-cı il təvəllüdlü Rəşad Xəlil oğlu Behbudovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub. Hadisə nəticəsində Rəşad Behbudov, onun sərnişinləri Tovuz rayon sakini 1975-ci il təvəllüdlü Rasim Əmirov və 25-30 yaşlı şəxsiyyəti hələlik məlum olmayan bir qadın ölüb.

Hadisənin baş verməsinə səbəb yolun buzlu olması və “Kamaz” markalı yük maşınının sürüşərək “VAZ-2106” maşının qarşısına çıxması olub. Hər iki avtomobil maşını saxlaya bilmədiyi üçün “Kamaz” “Juquli”nin üstünə çıxıb.

Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

(ANS)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.