“Möhtəşəm yüzil”ın “Möhtəşəm” yalanı!
  • Türkiyənin populyar teleserialı, azərbaycanda da sevilərək izlənən “Möhtəşəm yüzil” serialının ssenarisində səhvə yol verilib.

Belə ki, Sultan Süleymanın baş vəziri İbrahim Paşanın, serialdakının əksinə olaraq, Qanuninin kürəkəni olmadığına dair faktlar ortaya çıxıb. Türk Tarix Qurumu (TTK) yaradıcılarından olan və 10 cildlik Osmanlı tarixinin yazarı professor İsmayıl Haqqı Parqalı İbrahim Paşanın Qanuninin kürəkəni olmadığına dair faktlar söyləyib. 

Məlumatda deyilir ki, Parqalı İbrahimin yoldaşı Xədicə Sultan yox, Muhsine adlı, saray nəslindən olmayan bir xanım olub. Xədicə Sultan isə İsgəndər Paşa ilə evli olub.

Yazıçı, İbrahim Paşanın Xədicə Sultanla evli olduğuna dair məlumatın səhv olduğunu deyib. “Mən yanılmışam və yanıltmışam. Ona görə də indi bu yazı ilə səhvimi düzəltmiş olacağam”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.