"İrana hücum etsəz biz yoxuq"
  • Bir müddət öncə İsrailə səfər edən ABŞ Ordusunun Baş Qərargah rəisi general Martin Dempsey İsrailə İrana hücumla bağlı ciddi xəbərdarlıq edib.

Baş nazir Netanyahu və müdafiə naziri İhud Barakla görüşən general Dempsey bildirib ki, əgər İsrail İrana hücum edərsə Amerikanı öz yanında görməyəcək.

O, həmçinin bildirib ki, İrana hücum həddən artıq təhlükəli məsələdir və bunun ağır nəticələr verəcəyi göz qabağındadır. Qərb mediaları ABŞ Baş Qərargah rəisinin İsrailə son səfərini qeyri-adi adlandıraraq, generalın mətbuat konfransında iştirak etməməsini də ABŞ-ın İsrailə çox ciddi xəbərdarlıq etməsi kimi xarakterizə ediblər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.