Bakıda 2 mərtəbəli ev yanır
  • Xəzər rayonu Binə qəsəbəsində 2 mərtəbəli ev yanır. Yanğın bu gün saat 12:50 radələrində Binə qəsəbəsinin Bolluq deyilən ərazisində 2 mərtəbəli evdə baş verib.

Adi çağırışla hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub. Havanın şaxtalı və suyun donması yanğının söndürülməsində böyük çətinliklər yaradıb. Havanın küləkli olması alovu daha da şiddətləndirir.

Qeyd edək ki, xoşbəxtlikdən yanğın nəticəsində xəsarət alan yoxdur. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

(ANS)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.