Yeni Alfa Romeo 4C gəlir (FOTO)
  • İlk dəfə bu maşının konsepti 2011-ci ilin yazında nümayiş etdirilib və iki il keçdikdən sonra italiyalılar onu seriya modeli səviyyəsinə çatdıra biliblər.

Alfa Romeo 4C modelinin tam texniki xüsusiyətləri yalnız təqdimat günü məlum olacaq. Hələlik o məlumdur ki, 4C cəmi 850 kq ağırlığında olacaq. Müasir bir avtomobil üçün bu doğrudan da çox azdır, beləliklə yeni Alfa Romeo çox sürətli maşın olacağını vəd edir.

Maraqlıdır ki, italiyalılar avtomobili təkcə Avropada deyil, ABŞ -da da satmaq istəyirlər (Alfa Romeo ABŞ bazarını 1994-cü ildə tərk edib).

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.