Mansory Ferrari F12 (FOTO)
  • Mansory şirkəti Cenevrə beynəlxalq motorşousunda bir neçə layihəsini təqdim edir.

Onlardan biri də Ferrari F12 Berlinetta Stallone kupesidir. Avtomobil ona daha eksklüziv görkəm vermiş kuzov detalları, fərqli təkərlər və interyerin yeni tərtibatı hesabına praktik olaraq tanınmaz dərəcədə dəyişib.

Tünerlər avtomobilin 12 silindrli mühərrikini də modernizə etməkdən özlərini saxlaya bilməyiblər.

Heç bir əlavəsiz artıq 740 a.g. hasil edən həmin mühərrik əlavə 35 a.g. də qazanıb. 775 a.g. və 725 fırlanma anı hasil edən 6,3 litrlik mühərriklə sportkar yerindən 100 km/saat sürət yığmaq üçün 3,1 saniyə vaxt sərf edəcək. Avtomobilin maksimal sürəti saatda 340 kilometrə bərabərdir.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.