“Rusiyada bir nəfər bir söz deyən kimi, burda proqnoz verməyə başlayırlar”
  • Rusiyada bir nəfər bir söz deyən kimi, burda proqnozlar verməyə başlayırlar. Hazırda söz azadlığıdır, kim nə istəyir danışır”.

Bu sözləri açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Arif Rəhimzadə son zamanlar ölkəmizlə Rusiya arasındakı  münasibətlərdə problemlərin olması barədə səslənən təhlillərə münasibət bildirərkən deyib. Rəhimzadənin sözlərinə görə, hər iki ölkənin parlamentlərarası qrupları normal əməkdaşlıq edirlər. 
“ Bizim normal fəaliyyətimiz var. Ötən ilin dekabr ayında görüşmüşdük”.

Deputat qeyd edib ki, noyabr ayında “Samur” keçid məntəqəsi ilə bağlı problemin həlli üçün hər iki tərəf  işçi qrupu yaradıb. 

“O məsələlərə baxdıq. Problemlə bağlı məruzə olunacaq. Güman edirəm ki, “Samur” sərhəd keçid məntəqəsi ilə əlaqədar lazımı tədbirlər görüləcək. Biz bu ilin yayında rusiyalı həmkarlarla yenidən görüşəcəyik”.

A.Rəhimzadənin sözlərinə görə, Rusiya Duması ilə Azərbaycan parlamenti arasında münasibətlər “necə var idi, eləcə də davam edir”.

“Münasibətlər yaxşı vəziyyətdədir və inkişaf edir. İki ölkə arasında münasibətlərdə guya, problemlərin olması ilə bağlı deyilənlərə gəlincə,  iki ölkənin parlamentləri arasında belə bir məsələ yoxdur”-deyə A.Rəhimzadə vurğulayıb.

Jalə Suleymanqızı

(modern.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.