Məşhur teleaparıcı özünü güllələyib
  • MTV telekanalının və Soul Train proqramının müəllifi, məşhur musiqiçi Don Korneliusun Los-Ancelsdəki evində yaralı vəziyyətdə aşkarlanıb.

Qonşular Don Korneliusun evində atəş səsi eşidib, polisə xəbər veriblər. Don Kornelius evdə yaralı vəziyyətdə tapılıb. O, təcili xəstəxanaya aparılsa da, həkimlər həyatını xilas edə bilməyiblər.

Polis 75 yaşlı teleaparıcının özünü güllələdiyini ehtimal edir. İstisna edilmir ki, rusiyalı maniken Viktoriya Avilo ilə səs-küylü boşanma ona çox pis təsir göstərib. Viktoria Avilo Don Korneliusun onu döydüyünü bildirib və məhkəmə teleaparıcıya 3 ay Viktoria Aviloya yaxınlaşmasını qadağan edən qərar verib.

Don Kornelius musiqidə ritm-end-blyuz, soul və hip-hop kimi istiqamətlərdə ustadlardan biri sayılıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.