İlkin Həsəni: “Tolik, axı sən də kişisən”
  • Dünən ATV kanalında yayımlanan “Qrup N 1” yarışmasında marağlı məqam baş verib.

Belə ki, verilişin gedişatında yarışmanın dueldə olan qruplarından “Dostlar” qrupunun “İsyan” mahnısından sonra prodüser Tolik, təriflərə öz etirazını bildirdi. Tolik qrupun mahnı performansındakı yer alan Azəri qızlarının geyimini və çıxışını bəyənmədiyini vurğuladı.

Hətta qızların milli geyimdə olmayıb, milli musiqidə çıxışının mənasız olduğunu dedi. Bu zaman münsif Rəşad Kəsəmənli, Toliklə razılaşmadığını deyərkən ortalıq qarışıb. Etirazaların mənasız olduğunu bildirən Rəşad Kəsəmənliyə cavabında prodüser Tolik “Rəşad sən kişisən, ola bilsin ki, qızlar sənin xoşuna gəlib, ona görə belə reaksiya verirsən” -  deyərək, özünü pis vəziyyətə salıb. Elə bu zaman, hər sözü dəqiq və məqamında qeyd etməyi xoşlayan verilişin aparıcı İlkin Həsəni, Tolikə “Tolik, sən də kişisən axı” deyərək ortalığı darmadağın etdi. Maraqlıdır, aparıcının həm məzəli, həm də marağlı sözünə Tolik nədənsə cavab vermədi.  Bildiyimiz kimi, Tolik haqlı olduğu məqamlarda heç zaman susmaz. Lakin İlkinin “Sən də kişisən axı” – sözünə prodüser susmaqla cavab verməyi seçdi.

Qeyd edək ki, prodüser Tolik “Qrup N1” yarışmasının qonağ münsifi idi.

Samirə Salahova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.