Gülər Əhmədova Elşad Abdullayevin videoları ilə bağlı ifadə verməyəcək
  • “Gülər Əhmədova Elşad Abdullayevin yaydığı video materiallarla bağlı ifadə verməyəcək”.

Bunu  APA-ya açıqlamasında vəkil Raqif Mustafayev deyib. R. Mustafayev bildirib ki, martın 12-də Gülər Əhmədova ilə görüşüb: “Yenə də xəstədir və kamerasında müalicə olunur. Görüş zamanı taktikamızı müzakirə elədik. Gülər xanımın fikri belədir ki, Elşad Abdullayevin yaydığı videolar montajdır.

Qanun da bunun sübut kimi götürülməsini nəzərdə tutmur. Bunun üçün həmin videolar əsassız sayılmalıdır. Gülər Əhmədova həmin videolarla bağlı istintaqa ifadə verməyəcək. Lakin digər məsələlərlə bağlı ifadə verəcək. Biz həmçinin videolarla bağlı ekspert rəyini də əsassız hesab edirik. Düzdür, həmin ekspert rəyi ilə bizi tanış etməyiblər, hər halda videolar saxtadırsa, onun ekspert rəyindən də nəsə gözləməyə dəyməz” .

Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.