Vəfa Quluzadədən HƏYƏCANLI çağırış: “Putinin Bakı ilə bağlı gizli planları var”
  • “Mətbuatda bildirilməsə də Putin Sərkisyanla Qarabağ məsələsini müzakirə edərək ona xüsusi tapşırıqlarına verib”.

Bu fikiləri politoloq Vəfa Quluzadə Rusiya prezidenti Vladimir Putinin  erməni həmkarı Serj Sərkisyanla ötən gün Moskvada baş tutan görüşündə Dağlıq Qarabağ münaqişəsinə dair məsələnin nə üçün müzakirə edilməməsini şərh edərkən bildirib.

Politoloqun fikrincə, Putin mətbuat vasitəsilə bu haqda danışmasa da onun ənənəvi mövqeyi dəyişilməz olaraq qalır. “Putin indiki vəziyyəti məqbul hesab edir. Nə hərb, nə də sülh. Azərbaycanla Ermənistan Rusiyadan tamamılə aslı vəziyyətdədir. Ona görə də  Putinin mövqeyi belədir”.

V.Quluzadənin sözlərinə görə, Putinlə Sərkisyan Qarabağ məsələsini gizli müzakirə edib. “Ona göstərişlərini verib ki, Qarabağ məsələsində özünü necə aparsın. Putin göstəriş verib ki, Qarabağ məsələsi həll olunmasın. Moskvanın mövqeyi olduqca iyrəncdir. Amma onlar bunu gizlədir. Bunun da əsas səbəbi odur ki, Qarabağın işğalını Rusiya özü həyata keçirib”-deyə V.Quluzadə vurğulayıb.

Qeyd edək ki, ikinci dəfə prezident seçildikdən sonra Serj Sərkisyan ilk rəsmi səfərini Rusiyaya edib. Səfər çərçivəsində prezident Putinlə görüşdə ölkələrarası əməkdaşlıqla bağlı məsələlər müzakirə edilsə də Dağlıq Qarabağ münaqişəsinə toxunulmayıb.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.