Hacı Əbdül Ayaz Mütəllibovdan inciyib: “O, məni yada salmadı”
  • Eks-prezident Ayaz Mütəllibovun sadiq tərəfdarlarından hesab edilən, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül keçmiş ölkə başçısından inciyib.

Açıqlamasında Hacı Əbdül  bir neçə aydır Bakıda olmasında baxmayaraq, Ayaz Mütəllibovun onu yada salmadığından gileylənib.

Keçmiş prezidentin vətənə qayıtması üçün böyük işlər gördüyünü deyən Hacı Əbdül bundan sonra daha A.Mütəllibovla görüşmək niyyətində olmadığını vurğulayıb.

“Ayaz müəllimlə hələ də görüşməmişik. Bir neçə dəfə telefonla əlaqə saxlamışıq. Daha doğrusu imkan olmadı görüşməyə. Bundan sonra da görüşməyimiz nəzərdə tutulmur. Biz onu dəstəklədik lazımı qədər. O da  vətənə gəldi. Onunla bundan sonra nə söhbət edəcəyik ki? Mənim də fikrimdə onunla görüşmək yoxdur. Allah canını sağ eləsin”-deyə Hacı Əbdül eks-prezidentdən şikayətlənib.

Xatırladaq ki, 90-cı illərdə Azərbaycan parlamentinin deputatı olmuş Hacı Əbdül Əbdülov Ayaz Mütəllibovun ən fəal tərəfdarlarından hesab edilirdi. Hacı Əbdül 1992-ci ildə Ayaz Mütəllibovun yenidən hakimiyətə qayıtması üçün Milli Məclisin qarşısında aksiyanın təşkilatçılarından olub.

“Tövbə” cəmiyyətinin sədri eks-prezident Bakıya gələn ərəfədə açıqlamalarında Ayaz Mütəllibovla görüşmək istədiyini, hətta onun vətənə dönməsilə əlaqədar qurban da kəsəcəyini bildirmişdi.

Jalə Suleymanqızı

(modern.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.