İvanişvili nazirlərin maaşını kəsdi
  • Gürcüstan baş naziri Bidzina İvanişvili nazirlərin maaşını 12 faiz azaldıb.

İvanişvilinin qərarına uyğun olaraq büdcədən hökumət nümayəndələrinə ödəniləcək maaş ötən illərlər müqayisədə xeyli azalacaq və bu informasiya ictimaiyyət üçün tamamilə açıq olacaq:

“Hökumət nazirlərin hər ay və ya ayda bir neçə dəfə özlərinə mükafat yazma kimi keçmiş hakimiyyətin təyin etdiyi təcrübədən imtina edir. Bundan sonra nazirlər hər ay bütün artımlarla bir yerdə 6300 lari (3800 AZN) alacaqlar”.

Baş nazir B.İvanişvili nazirlərə mükafatların yalnız ildə bir dəfə veriləcəyini deyib.

Jalə Suleymanqızı

(qafqazinfo)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.