ARDNŞ yararsız torpaq sahələrini Bakı şəhər İcra Hakimiyyətinə qaytaracaq
  • Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) balansında olan torpaq ərazilərində qanunsuz tikililərlə bağlı apardığı araşdırmaların nəticəsi olaraq neft hasilatı üçün yararlı olmayan torpaq sahələrini Bakı şəhər İcra Hakimiyyətinə qaytaracaq.

Bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib. Rövnəq Abdüllayevin sözlərinə görə, hazırda bununla bağlı aparılan araşdırmalar yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda araşdırmaların nəticələri ölkə hökumətinə təqdim olunacaq.

ARDNŞ prezidenti vurğulayıb ki, paytaxtın bəzi ərazilərindəki torpaq sahələrinin gələcək istifadəsi ilə bağlı qərarlar artıq bu il veriləcək.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.