Əli Əhmədov “El” hərəkatını “topa tutdu”
  • "Azərbaycanın müasir tarixində dəfələrlə belə uğursuz təşkilatlar yaradılıb, nəticəsi hər kəsə məlumdur".

"Azərbaycanın müasir tarixində dəfələrlə belə uğursuz təşkilatlar yaradılıb, nəticəsi hər kəsə məlumdur. Əminəm ki, "El" hərəkatı adı qoyulan layihənin taleyi müxalifətin ondan əvvəl yaradılmış təşkilatlarından heç nə ilə fərqlənməyəcək”.

Bunu mətbuata açıqlamasında YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov bildirib.

Ə.Əhmədovun dediyinə görə, səbəb çox sadədir: xalq onlara inanmır və etimad göstərmək istəmir: “Müxalifətin azsaylı bəlli nümayəndələri hansı konstruksiyada olur - olsun, birləşmələri, onların nə nüfuzunu, nə də gücünü artırır. Necə deyərlər, simalar bəlli, niyyətlər aydındır. Bir də ki, toplananların yerinin dəyişməsi cəmə təsir etmir”.

Ə. Əhmədov qeyd edib ki, “El” hərəkatında toplaşanlar Azərbaycanın bu gününü deyil, keçmişini təmsil edir.

Onun sözlərinə görə, illərdir onlar siyasi ambisiyalarını gerçəkləşdirmək üçün çox təşkilatlar yaradıb, nəyəsə nail ola bilməyiblər, hər dəfə uğursuzluğa düçar olublar.

“İndi xalq onlara bir dəstə narazı  kimi baxır. Uğursuz narazılar isə siyasi faktora çevrilə  bilməz. Xüsusilə də bu narazılar çox kiçik azlıqda olanda. Bu mənada adının “El” olmasına baxmayaraq, həmin təşkilatın ictimai dəstəyə ümid etməsi mənasızdır.

Nə bu təşkilatın, nə də ənənəvi müxalifətin Azərbaycanın siyasi mühitinə təsir etmək resursları yoxdur. Xalqın böyük əksəriyyəti onlara biganədir. İnsanların maraqları və arzuları ilə müxalifətin ambisiyaları fərqli müstəvilərdə qərar tutur. Xalq öz gələcəyini, Azərbaycanın gələcəyini bugünkü hakimiyyətdə və onun siyasətində görür”- deyə, YAP-ın sədr müavini vurğulayıb.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.