""El" yetim günə qalacaq"
  • “Bizim üçün heç bir əhəmiyyəti yoxdur, kim nə yaradır yaratsın". Onların fikirlərini, verdikləri siyasi mesajları da yalnız mətbuat eşitdi.

İctimaiyyət ümumiyyətlə, siyasi mesajları eşitmədi. Mənasız siyasi mesajlar verirlər, siyasi teatr düzəldirlər. Qoy yığışsınlar, “el”, “tel”, “sel” yaratsınlar, nə ad qoyurlar qoysunlar”. Bu fikirləri hakim partiyanın icra katibinin müavini, deputat Mübariz Qurbanlı yeni təqdim olunan “El” hərəkatı barədə səsələndirib.

Deputat qeyd edib ki, biz demokratik ölkədə yaşayırıq və demokratik ölkədə hakimiyyətdə, yaxud da müxalifətdə olmaq seçimi də hər bir kəsin özünə məxsusdur: “Niyə elə fikirləşirlər ki, “El” hərəkatı yaradıb cəmiyyətin bir hissəsini öz arxalarınca apara bilərlər? Amma mən proqnoz verirəm ki, cəmiyyətin bir hissəsini öz arxalarınca apara bilməyəcəklər. Ora toplaşanlardan da 3-4 aydan sonra 2-3 nəfəri qalacaq, bir azdan sonra tədbirə toplaşanlar da yoxa çıxacaq və 6-7 aydan sonra yetim gününə düşəcək”.

M.Qurbanlı onu da əlavə edib ki, “El” hərəkatı 6-7 aydan sonra “YES”-in gününə düşəcək: “Eldar Namazov “YES”də tək qalmışdı. Bir azdan sonra da “El” təşkilatında Eldar Namazovla bir-iki adam qalacaq və məlum olacaq ki, “El” təşkilatı artıq fəaliyyət göstərmir. Azərbaycanda son 20 ildə yüzlərlə belə təşkilatlar hay-küylə yaradılıb, amma sonra yoxa çıxıb”.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.