Eldar Namazov: “Biz elə bir platforma təqdim edəcəyik ki...”
  • “Bizə maliyyə dəstəyi verən dostlarımız var. Ofisi onların köməkliyi ilə icarəyə götürmüşük”.

Bu fikirləri “El” Hərəkatının Təşkilat Komitəsinin sədri Eldar Namazov “Azadlıq” radiosunun “İşdən sonra”  proqramından səsləndirib.

“El” Hərəkatının yerləşdiyi villanın kimə məxsus olduğu ilə bağlı suala cavab verən E.Namazov yaxın dostlarının onlaraq köməklik etdiyini bildirib:

“Bəli, dostlarımız bizə dəstək verirlər. Bilirsiz ki, Azərbaycanda ofis götürmək böyük problemə çevrilir. Bu haqda danışmaq istəmirəm. Bu imkanları biz əldə etmişik. Maliyyə dəstəyini dostlarımız edir. O adamların adlarını gələcəkdə ifadə edə bilərik. Hazırda onlar haqda danışmaq istəməzdim”.

E.Namazov yeni elan olunan “El” Hərəkatının gələcək planları və eləcə də qarşıdan gələn seçkilərdə hansı yeniliklərlə çıxış edəcəyi haqda danışıb.

“Biz elə bir platforma təqdim edəcəyik ki, heç bir siyasi partiyada olmayacaq. Bilirsiz ki, müxalifət partiyalarının mövcud resursları ilə köklü dəyişiklik eləmək mümkün deyil. Bizim fərqli resurslarımız var. İnanırıq ki, “El” Hərəkatı bu istəyinə nail olacaq”.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.