Arzu Kazımovun oğlu ilə bağlı açıqlama
  • Arzu Kazımovun vəkili Ramiz Zeynalov müdafiə etdiyi şəxsin oğlu Zaur Kazımovun işdən çıxarılması ilə bağlı mediada yayılan xəbəri təkzifb edib.

R. Zeynalov Vətəninfo.az-a bildirib ki, bu Elşad Abdullayevin və onun adamları tərəfindən yayılmış təxribat xarakterli məlumatlardır: “Bildirirəm ki, müdafiəm altında olan Arzu Kazımovun oğlu Zaur Kazımov hazırda öz xidməti vəzifəsini layincə yerinə yetirir və öz vəzifəsindədir. Bunlar Elşad Abdullayevin növbəti şantaj və təxribat əməllərinin biridir. Təəssüflər olsun ki, Azərbaycanda bəzi KİV-lər faktı dəqiqləşdirmədən belə qərəzli və şantaj xarakterli məlumatları tirajlamaqla, Elşad Abdullayevin dəyirmanına su tökürlər”.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.