Texniki Universitetin tələbəsinin meyiti tapılıb
  • Martın 13-də Bakıda gənc oğlan müəmmalı şəkildə dünyasını dəyişib.

Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, Z.Bünyadov prospekti 28c, mənzil 9 ünvanında kirayə yaşayan Yardımlı rayon sakini 1994-cü il təvəllüdlü Xudiyev Ülvi Səfər oğlu yaşadığı mənzildə qəfil ölüb.

Məlumata görə, Ü.Xudiyev Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsidir. O digər 3 tələbə ilə həmin evdə yaşayırmış. Hadisə baş verən zaman isə 19 yaşlı oğlan evdə tək olub. Yoldaşları evə gələndə onun meyitini mətbəxdə aşkarlayıblar.

Hazırda Ü.Xudiyevin ölüm səbəbləri araşdırılır.

Qeyd edək ki, müaəmmalı şəkildə dünyasını dəyişmiş tələbənin valideynləri Yardımlı rayonunda yaşayır. Onun atası Yardımlı rayon Polis Şöbəsinin əməkdaşıdır.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.