Deputat qanunsuz tikililərin tezliklə sənədləşdirilməsini təklif etdi
  • Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Zahid Orucu qanunsuz evlərlə bağlı məsələni qaldırdı.

Deputat bildirib ki, qeyri-rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 450 mindən çox qanunsuz tikili var ki, onlarla bağlı məsələ  hələ də öz həllini tapmayıb. “Azərbaycan Respublikasının Prezidenti Bakı Şəhər İcra Hakimiyyətində görüşü zamanı qanunsuz evlərin sənədləşdirilməsi ilə bağlı müvafiq tapşırıq verməsinə baxmayaraq, məsələ bu günədək hələdə öz həllini tapmayıb. Həmin qanunsuz tikililərdə yaşayanlar qaz, işıq və digər kommunal xərcləri ödəyirlər, amma bu günədək sənədləşdirmə məsələsini həll etmək nədənsə çox ciddi məsələyə çevrilib. Həmin evlərdə yaşayan insanların uşaqlarını nə bağçaya düzəltmək, nə də məktəb yaşına çatdıqda məktəblərdə götürmürlər ki, qeydiyyat məsələsi yoxdur”.

Deputat təklif edib ki, qanunsuz evlərin sənədləşdirilməsi ilə bağlı dövlət komitəsi yaradılsın, problemlər öz həllini tapa bilsin. Z. Oruc eyni zamanda kreditlərlə bağlı məsələyə toxunaraq bildirib ki, Azərbaycanda banklar çox yüksək faizlə kredit verirlər. “Xüsusilə kənd yerlərində sahibkarlar yüksək faizlə kredit alırlar, onun qaytarılması zamanı problemlərlə qarşılaşırlar. Təklif edirəm ki, kreditlər aşağı faizlə olsun”.

Deputat eyni zamanda ASAN xidmət mərkəzi ilə bağlı məsələyə də toxunub. O bildirib ki, ASAN xidmət mərkəzində 23 qurumun işi bağlı xidmət təklif olunur və bu o deməkdir ki, həmin o 23 qurum yaxşı işləmir. “Təklif edirəm ki, ümumiyyətlə hökumət özü ASAN xidmətə keçsin. Hökumət özü çətin xidmət göstərir ki, Azərbaycan prezidenti ASAN xidmət mərkəzinin yaradılması ilə bağlı fərman verib”.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.