Partiya sədrindən sərt ittiham: “İsa Qəmbər bu sözə görə cinayət məsuliyyəti daşıyır”
  • “Əgər İsa bəy bunu bilib demirsə, cinayət məsuliyyəti daşıyır”. Bu fikirləri açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

ADP sədri Müsavat başqanı İsa Qəmbəri ötən gün gənclərlə görüşündə Azərbaycandakı bəzi siyasi partiyaların daxili və xarici qüvvələrin nəzarətində olması haqda səsləndirdiyi fikirlərinə görə sərt tənqid edib. S.Cəlaloğlunun sözlərinə görə, Müsavat başqanının bəyanatı hökumətin bəyanatı ilə üst-üstə düşür

“İsa bəy bundan öncə də bu haqda çıxış eləmişdi. Bu çıxışla İsa bəy “bəzi partiyalar” adı altında bütün partiyaları şühbə altına atır. İddia edirsə Azərbaycanda bəzi siyasi partiyalar xarici qüvvələrin nəzarətindir, nə üçün konkret ortaya fakt qoymur. Əlində ciddi faktı varsa, buyursun həmin partiyaları ifşa etsin. Bilirsiz ki, başqa dövlətlərə işləmək vətənə xəyanətdir.

Yox əgər bu seçkiqabağı piyardırsa, çox təhlükəli və arzu  olunmazdır. İsa Qəmbərin bu fikirləri Müsavat Partiyasını da şübhə altına atır. Odur ki, İsa bəyin bu fikirləri yalnışdır. Azərbaycan iqtidarı ilə İsa Qəmbərin fikirləri üst-üstə düşür. Onlar da bildirirlər ki, siyasi partiyaların bir qismi xarici qüvvələrin nəzarətindədir. Bax bu baxımdan İsa Qəmbərin fikirləri hökumətin mövqeyi ilə üst-üstə düşür. Bəzən mənim ağlım qarışır ki, İsa Qəmbər və onunla əlaqəli qüvvələrin xarici dövlətlərə işləməsi davam edir. Elə bil hökumətlə İsa bəy razılaşıbdır”-deyə ADP sədri İsa Qəmbərə cavab verib.

Qeyd edək ki, dünən partiya qərargahında gənclərlə görüşən Müsavat başqanı İsa Qəmbər çıxında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi partiyalar iqtidarın, bir çoxları ilə xarici qüvvələrin nəzarətindədir. İsa Qəmbərin bu çıxışı müxalifət düşərgəsindən birmənalı qarşılanmayıb.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.