Ombudsman əməkdaşları İlqar Məmmədovla görüşüblər
  • Ombudsman Aparatının əməkdaşları müraciətləri olmayan Fərəməz Novruzoğlu və İlqar Məmmədovla görüşüblər.

Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında araşdırma aparıblar. 
Ombudsman Aparatından verilən məlumata görə, Ombudsman Aparatı İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın ünvanına barələrində olan istintaqla bağlı daxil olmuş müraciətlərlə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında araşdırma aparıb. Müvəkkilə müraciət edən saxlanılan şəxslər konfidensial qaydada qəbul edilib, müraciətləri yerində araşdırılıb. Həmin şəxslərdən saxlanılma şəraiti və rəftarla bağlı şikayət daxil olmayıb.

Bundan başqa, Ombudsman Aparatının əməkdaşları müraciətləri olmayan Fərəməz Novruzoğlu və İlqar Məmmədovla bir daha görüşüblər. Onlar saxlanılma şəraiti və rəftarla bağlı narazılıq etməyiblər. Müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.