Teymur Rəcəbov iddiaçılar turnirində autsayderə uduzub
  • Böyük Britaniyanın paytaxtı Londonda şahmat üzrə iddiaçılar turnirində IX turun oyunları keçirilib.

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov bu dəfə ukraynalı şahmatçı Vasili İvançukla qarşılaşıb.

Ötən gün Boris Gelfanda uduzan həmyerlimiz turnir cədvəlinin aşağı pilləsinə yuvarlanıb. Bu dəfə Rəcəbov birinci dövrədə məğlub etdiyi və hazırda yarışın autsayderi olan İvançuk üzərində ikinci qələbəsini qazanmaq üçün çıxmışdı. Lakin Teymur rəqibinə məğlub olub.

Digər görüşlərdə isə Vladimir Kramnik Maqnus Karlsenlə, Pyotr Svidler Aleksandr Qrişukla heç-heçə edib. Boris Gelfand isə Levon Aronyan üzərində qələbə qazanıb.

Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gələcəklər. Yarışın qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq.

25 mart

IX tur

Teymur Rəcəbov (Azərbaycan, 2793) – Vasili İvançuk (Ukrayna, 2757) – 0:1

Vladimir Kramnik (Rusiya, 2810) – Maqnus Karlsen (Norveç, 2872) - 0,5:0,5

Pyotr Svidler (Rusiya, 2747) – Aleksandr Qrişuk (Rusiya, 2764) - 0,5:0,5

Boris Gelfand (İsrail, 2740) – Levon Aronyan (Ermənistan, 2809) - 1:0

Xal durumu: Karlsen – 6, Aronyan – 5,5, Kramnik – 5, Qrişuk, Gelfand – 4,5, Svidler – 4, İvançuk – 3,5 Rəcəbov – 3.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.