Cüdo üzrə gənclər arasında Azərbaycan çempionatı start götürüb
  • Cüdo üzrə gənclər arasında Azərbaycan Birinciliyi martın 26-da Bakı İdman Sarayında start götürdü.

Gənclərin seçimi və gələcək beynəlxalq yarışlara hazırlığı məqsədi daşıyan bu yarış Azərbaycanda ənənəvi olaraq keçirilir və iki gün davam edəcək. Yarışda 21 yaşa qədər gənc cüdoçular mübarizə aparır. Qeyd edək ki, bu il ilk dəfədir ki, 21 yaşlı cüdöçular da yarışa qatılıb.

Gənclər arasında Azərbaycan birinciliyində respublika üzrə 49 klubdan 318 çüdoçu güclərini sınayır. Onlardan 33 nəfəri qız, 285 nəfəri isə oğlandır. Oğlanlar 8 (-55 kq, -60 kq, -66 kq, -73 kq, -81 kq, -90 kq, -100, +100 kq) qızlar isə 7 çəkidə (-44 kq, -48 kq, -52 kq, -57 kq, -63 kq, -70 kq, -78 kq) mübarizə aparır.Yarışın birinci günü qızlar bütün çəkilər üzrə ən güclüləri müəyyən edəcək. Oğlanlarda isə 3 çəkidə - (-55 kq, -60 kq, -66 kq) nəticələr məlum olacaq. Digər çəkilər isə növbəti gün yarışacaqlar.

Əli Əliyev

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.