Təbiət Messini “yordu”
  • Argentina millisinin üzvü Lionel Messi Boliviya ilə oyunda çox əziyyət çəkib.

Argentina millisinin üzvü Lionel Messi Boliviya ilə oyunda çox əziyyət çəkib. Dəniz səviyyəsindən 3600 metr hündürlükdə yerləşən La Paz şəhərində keçirilən qarşılaşmada “Barselona”nın ulduzu çox yorulub.

Bundan əvvəl La Pazda futbol oynamağın mümkünsüz olduğunu bildirən Messi dünənki qarşılaşmadan sonra çox yorulduğunu açıqlayıb. Matç bitdikdən sonra paltardəyişmə otağında qusan ulduz futbolçu yerli mətbuata açıqlamasında “Fiziki cəhətdən çox əziyyət çəkdik”, deyib.

Qeyd edək ki, Boliviya təbiəti təkcə Messiyə yox, digər argentinalı futbolçulara da problem yaradıb. Belə ki, 1:1 hesabı ilə başa çatan matçın ikinci yarısında rəqibi ilə toqquşaraq yerdə qalan Angel Di Maria bir müddət oksigen masqası ilə oynamalı olub.

Əli Əliyev

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.