Bakı metrosunda qatarlar yenə tuneldə qaldı
  • Yeni gətirilən qatar 15 dəqiqə stansiyalararası tuneldə hərəkətsiz qalıb.

Qatarda nasazlıq yarandığından sərnişinlər arasında narahatçılıq yaranıb. Qatarların qapılarının açılmaması isə sərnişinlər arasında təlaşa səbəb olub. Müəyyən müdaxilələrdən sonra sərnişinlər “İnşaatçılar” stansiyasında qatarı tərk etməli olublar. Metrostansiyaya gətirilən yeni qatar təmir üçün depoya gedib.

Artıq yarım saata yaxın stansiyada gözləyən sərnişinlər növbəti qatarı gözləməli olublar.

Sərnişinlər köməkçi qatarlara yerləşdirilsələr də mertonun "Elmlər Akademiyası" stansiyasında analoji problemlə üzləşiblər. Hazırda problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Metropoliten rəhbərliyindən isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.