Bakıda toy mərasimi yasa döndü
  • Fevralın 5-də Bakıda keçirilən toy mərasimlərindən birində xoşagəlməz hadisə baş verib. 40 yaşlı qadın şadlıq sarayında ölüb.

Binəqədi rayon, 6-cı mikrorayonda yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasiminə dəvət olunan 1972-ci il təvəllüdlü Mirsultanova Nigar Müslüm qızının halı qəfildən pisləşib. Qadın ürəyindən şikayətlənib və ona yaxınları ürək dərmanı veriblər. 40 yaşlı N.Mirsultanovanın halını daha da pisləşdiyini görən şənlik iştirakçıları təcili tibbi yardım çağırıb. Lakin artıq gec olub. 40 yaşlı qadın şadlıq sarayında ölüb.

Qeyd edək ki, hadisə hüquq-mühafizə orqanlarında qadının dərmandan zəhərlənərək ölməsi kimi qeydiyyata alınıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.