Lidiya Rəsulova vəfat edib
  • Azərbaycanın keçmiş təhsil naziri Lidiya Rəsulova vəfat edib. Lidiya Rəsulova 71 yaşında xəstəlikdən dünyasını dəyişib.

 

Bu gün Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında mərhumla vida mərasimi keçiriləcək.

Qeyd edək ki, L. Rəsulova 1941-ci ildə anadan olub. 1981-88-ci illərdə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri, 1988-93-cü illərdə Azərbaycan sosial təminat naziri, Azərbaycan Dövlət Elm və Texnika Komitəsinin sədr müavini, 1993-97-ci illərdə təhsil naziri vəzifələrində çalışıb.

Azərbaycan SSR Ali Sovetinin (9-cu və 10-cu çağırış) deputatı, Ali Sovetin Xalq maarifi və elm komissiyasının üzvü, SSRİ Ali Sovetinin (11-ci çağırış) deputatı, Millətlər Sovetinin Xarici işlər komissiyasının üzvü olub.

(APA)

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.