Daha bir maşın oğrusu tutuldu
  • Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-2107” markali avtomobili qaçıran Ramal Əliyev saxlanılıb.

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tiflis prospektində Bakı şəhər sakini Əfrayil Abbasova məxsus “VAZ-2107” markali avtomobili qaçırmaqda şübhəli bilinən Ramal Əliyev saxlanılıb. Qeyd edək ki, Kürdəmir rayon sakini olan Ramal Əliyev zərərçəkənin avtomaşınını ötən il noyabr ayından qaçırıb və nəqliyyat vasitəsini satmağa da macal tapıb. Ramal Əliyev avtomaşını satsa da, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsi də aşkar edilərək götürülüb.

Faktla bağlı Ramal Əliyev barəsində Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Hazırda istintaq tərəfindən Ramalın digər cinayətlərdə əlinin olub-olmaması da araşdırılır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.