BAXCP sədri bir neçə nəfərin azadlığa buraxılması üçün prezidentdən xahiş edib
  • Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bir neçə nəfərin azadlığa buraxılması xahişi ilə prezident İlham Əliyevə müraciət edib.

Partiyanın mətbuat xidmətindən FOXnews.az-a daxil olan məlumata görə, Q. Həsənquliyevin xahişini etdiyi məhbuslar Nemət Pənahlı, Fərəməz Allahverdiyev, Ramiz Tağıyev və Tofiq Yaqubludur.

Partiya sədri müraciətində qeyd edib: “Bu ilin may ayında müsəlman Şərqində demokratik respublikaçılıq ənələlərinin əsasını qoyan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 95-ci, cağdaş Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasında müstəsna xidmətləri olan Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü qeyd edəcəyik. Hər iki tarix xalqımız və dövlətimiz üçün mühüm tarixi əhəmiyyət daşımaqla yanaşı, mili-mənəvi və bəşəri dəyərlərin, ədalət və humanizm prinsiplərinin təbliği baxımından böyük önəm kəsb edir.

Bu tarixi günlər ərəfəsində Sizə müraciət edərək, xalqımızın Milli Azadlıq Hərəkatında, müstəqil Azərbaycan dövlətinin yaranmasında xidmətləri olan, hazırda azadlıqdan məhrum edilmiş Nemət Pənahlı, Fərəməz Allahverdiyev, Ramiz Tağıyev və Tofiq Yaqublunun azadlığa çıxmaları üçün müvafiq qərar qəbul etməyinizi xahiş edirəm”.

Qeyd edək ki, müraciətdə Nemət Pənahlının həbsdə olduğu müddətdə onun hər iki valideyninin vəfat etdiyi də vurğulanıb.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.