Rövnəq Abdullayev: “Neftçi” klubuna daha ciddi sanksiyalar tətbiq oluna bilər”
  • “Ölkə çempionatında mübarizə get-gedə gərginləşir. Mövsümün sonu yaxınlaşdıqca komandalar arasında rəqabət artır. Amma təəssüf ki, bəzən xoşagəlməz hallarla da rastlaşırıq”.

Apasport.az saytının məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Topaz Premyer Liqasının XXV turu çərçivəsində "Bakcell Arena"da keçirilmiş "Neftçi" - "Qarabağ" oyunu zamanı və qarşılaşmadan sonra baş verən hadisələr, bu məsələ ilə bağlı AFFA İntizam Komitəsinin (İK) qəbul etdiyi qərarlar son günlər geniş müzakirə olunur. Bununla əlaqədar assosiasiya rəhbəri Rövnəq Abdullayev də fikirlərini açıqlayıb.

O, İK-nin “Neftçi” haqda çıxardığı qərarların haqlı olduğunu bildirib: "Neftçi" - "Qarabağ" oyununda baş verən hadisələr futbolumuza başucalığı gətirmir. Azarkeşlərin səsləndirdiyi nalayiq ifadələr, etik normalara sığmayan hərəkətlər təəssüf doğurur. "Neftçi"nin məşqçilərinin oyunun fasiləsində və qarşılaşma başa çatdıqdan sonra etdiyi hərəkətlər və səsləndirdiyi fikirlərlə də tanışam. İntizam Komitəsi bununla bağlı müvafiq qaydada qərarlar qəbul edib və hesab edirəm ki, komitənin mövqeyi haqlıdır.

Bilirəm ki, bu qərarlarla bağlı "Neftçi" Apelyasiya və Ekspert Komitəsinə şikayət edib. Amma klub rəsmilərinin və məşqçilərin nədən narazı qaldığı, sözün doğrusu, mənim üçün bir qədər anlaşılmazdır. Düşünürəm ki, AFFA-nın çıxardığı haqlı qərarlara etiraz etməkdənsə, "Neftçi"nin məsul şəxsləri öz hərəkətlərinə və açıqlamalarındakı ifadələrə daha diqqətlə yanaşmalı, ölkə çempionatının Əsasnaməsinin tələblərinə uyğun davranmalıdır. Əks-təqdirdə, intizam qaydalarına uyğun olaraq kluba və klub rəsmilərinə qarşı daha ciddi sanksiyalar tətbiq oluna bilər".

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.