Facebook səhifəsini dağıdan yaxalandı
  • Məşhur teleaprıcı İlkin Həsəninin səhifələrini, e-mail adreslərini və “Facebook” hesabını ələ keçirən Göyçay rayon sakini Məmmədov Emil Yusif oğlu polis bölməsinə çağırılıb.

FOXnews.az-ın məlumatına görə bunu “Twitter” hesabında İlkin Həsəni özü paylaşıb.

Məşhur aparıcı həmçinin “Facebook” hesabında aşağıdakıları paylaşıb:

Elektron poçtuma və “Facebook” səhifəmə haker hücumu olmuşdur. Çətinliklə də olsa şəxsi səhifəm və e-maili geri qaytara bildik, amma minlərlə izləyəcisi olan yaratdığım bəzi səhifələr: Azad Azerbaijan [Official Page], Ilkin Hasani (Official Fan Page), Bozbash Pictures və Monster Energy Azerbaijan səhifələrini geri qaytarmaq mümkün olmadı. Ona görə də bu andan etibarən bu səhifələr RƏSMİ DEYİL. Dostlar və abunəçilər əl-ələ verib yuxarıda sadalanan səhifələrdə şikayətimizi bildirək. Öncədən hər kəsə təşəkkürlər! Hazıra nazir olan o “hakercik” də darıxmasın,tezliklə onun özü ilə, daha sonra isə ailə üzvləri ilə yaxından “tanış” olacam. Dərin hörmətlə: İlkin Həsəni.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.