Bostonda partlayış törədən şəxs saxlanılıb
  • Amerika polisi Boston ştatında keçirilən marafon yarışında törədilən partlayışda şübhəli bilinən şəxsi saxlayıb.

Həmin şəxsi video lent sayəsində tapmaq mümkün olub. Polisin əldə etdiyi video görüntüdə naməlum şəxsin içində partlayıcı qurğunun olduğu çantanı atmağı görünür. Polis eyni zamanda Boston telekanallarının birinin video yazılarından istifadə edib.

Polisin verdiyi məlumata görə, Bostonda törədilən terror aktı aralarında 12 saniyə fərqlə 50-100 metr məsafədə yerləşdirilən partlayıcı qurğular partladılıb. Onların mobil telefonlarla idarə olunduğu ehtimal edilir.

Xatırladaq ki, Bostonda marafon zamanı baş verən partlayışda 3 nəfər həlak olub: 1 Çin vətəndaşı və 2 amerikalı, onlardan biri 8 yaşlı oğlan uşağıdır. Yaralananların sayı isə 183 nəfərdir, onlardan 23 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.