Azərbaycanın xarici işlər naziri ilk dəfə olaraq İsrail və Fələstinə rəsmi səfər edəcək
  • Elmar Məmmədyarovun Şimon Peres, Binyamin Netanyahu və Fələstin rəhbərliyi ilə görüşləri nəzərdə tutulur

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 21-də ilk dəfə İsrailə dörd günlük səfər edəcək.

APA-nın “İzRus”a istinadən yaydığı məlumata görə, XİN başçısı səfər çərçivəsində İsrail rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Tərəflər görüş çərçivəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, İran və Türkiyə mövzularını müzakirə edəcəklər. Elmar Məmmədyarov ilk olaraq İsrail parlamentinin xarici siyasət və müdafiə komissiyasının sədri Aviqdor Libermanla görüşəcək. Daha sonra Məmmədyarov Fələstin hökumətinin rəhbərliyi ilə görüşmək üçün Ramallaha gedəcək.

Aprelin 22-də Elmar Məmmədyarovun prezident Şimon Pereslə, xarici işlər nazirinin müavini Zeev Elkinlə görüşləri planlaşdırılır. Daha sonra “Yad Vaşem” memorial kompleksini ziyarət edəcək XİN başçısı axşam saatlarında Tel-Əvivdə İsrail - Azərbaycan Beynəlxalq Assosiasiyasının rəhbərliyi ilə görüşəcək.

Aprelin 23-də Azərbaycanın xarici işlər naziri bəzi İsrail şirkətlərinə baş çəkəcək. Səfərin son günü Elmar Məmmədyarovun baş nazir Binyamin  Netanyahu ilə görüşü nəzərdə tutulur. Görüşdən sonra Knessetə gedək XİN başçısının İsrailin müdafiə naziri Moşe Yaalonla görüşü də baş tuta bilər.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.