Azərbaycanda "Gömrük tarifi haqqında" yeni qanun layihəsinin müzakirəsi başlayıb
  • Azərbaycan Milli Məclisində "Gömrük tarifi haqqında" yeni qanun layihəsinin müzakirəsi başlayıb.

Parlamentin İqtisadi siyasət Komitəsinin iclasında müzakirəyə çıxarılan qanun layihəsini təqdim edən komitə sədri Ziyad Səmədzadə bildirib ki, ölkənin iqtisadi, milli təhlükəsizliyi baxımından qanunun böyük əhəmiyyəti var.

Onun sözlərinə görə, layihə gömrük tarifinin formalaşdırılması, tətbiqi, həmçinin gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən edir. Layihə barədə məlumat verən Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisi, general mayor Mirqasım Vahabov bildirib ki, sənəd 5 fəsil, 23 maddədən ibarətdir. Sənədin qəbul olunmasının əsas məqsədləri idxalın əmtəə strukturunu tənzimləmək, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək, ölkə iqtisadiyyatını xarici rəqabətin mənfi təsirlərindən qorumaq, dünya iqtisadiyyatına interqrasiyasına şərait yaratmaqdan ibarətdir. Sənəddə göstərilir ki, ixracat və idxalatın operativ tənzimlənməsi məqsədi ilə müəyyən hallarda mövsümi rüsumlar tətbiq oluna bilər. Mövsümi rüsumların tətbiqi isə 6 aydan çox ola bilməz.

Onun sözlərinə görə, sənəddə malın gömrük dəyərinin bəyan edilməsi, məlumatın məxfiliyinin qorunması, bəyannaməçinin hüquq və vəzifələri, gömrük orqanının hüquq və vəzifələri, malların sövdələşmə qiyməti üsulları, gömrük rüsumlarından azad etmə və tarif güzəştləri də öz əksini tapır.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.