Araz Ağalarov irəlilədi, Telman İsmayılov gerilədi (SİYAHI)
  • Forbes jurnalı Rusiyanın ən varlı biznesmenlərinin yeni reytinqini açıqlayıb.

Bu siyahıya düşmək üçün biznesmenlərin ümumi büdcələrinin 500 milyon dollardan çox olması lazımdır. 

2013-cü ilin lideri ötən il olduğu kimi 17, 6 milyard dollarla “Metalloinvesta”nın sahibi Alişir Usmanov olub. İkinci yerdə “Alfa-qrup”un ən iri səhmdarı Mixail Fridman 16, 5 milyardlıq sərvətlə qərarlaşıb. Növbəti pillələrdə “Novoteka”nın rəhbəri Leonid Mixelson (15,4 milyard) və “Renovı”nın sahibi Viktor Vekselberq (15,1 milyard) durur.

Azərbaycanlı iş adamı, “Lukoyl”un prezidenti Vahid Ələkbərov 14, 8 milyardlıq sərvətlə ilk beşliyə düşə bilib.

İki yüz milyarderin yer aldığı siyahıda digər azərbaycanlı iş adamı “Krokus Siti”nin sahibi Araz Ağalarovun da adı var. O, beş pillə irəliləyərək 1,8 milyard dollarla 56-cı yerdədir.

Digər azərbaycanlı “Nortqaz”ın sahibi Fərhad Əhmədov düz 38 pillə irəliləyərək 1,4 milyardla 70-ci yerdə qərarlaşıb.

“AST” şirkətlər qrupunun prezidenti Telman İsmayılov isə 16 pillə geriləyərək 0,75 milyardla 137-ci yerdədir.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.