Bakıda polisləri ölümcül döydülər
  • Bakının Binəqədi rayonunda polis əməkdaşları ölümcül döyülüblər.

Rayon Polis İdarəsindən verilən məlumata görə, 4-cü polis bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Arif Məmmədov və Polis Akademiyasının 4-cü kurs tələbəsi Emin Həsənov ağır xəsarətlərlə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdiriliblər.

Polis əməkdaşları aprelin 15-də Şahin Abbasova məxsus ərzaq mağazasında oğurluq etməkdə şübhəli bilinən şəxslərin izinə düşüblər. A.Məmmədov əməliyyat məlumatı əsasında oğurluqda şübhəli bilinən Şəmistan Məmmədov və Fariz Əliyevi ifadələri alınması üçün 4-cü polis bölməsinə dəvət ediblər. Onlar bölməyə getməyə etiraz ediblər və polisə müqavimət göstəriblər.

Bu zaman məsələyə həmin şəxslərin qohumları da müdaxilə ediblər. Qohumlar polisləri döyüb, sonra isə daşa basaraq qovublar. Daşa basılan polislər ağır xəsarət alıblar. Hazırda faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.