Vidadi İsgəndərlinin məhkəməsi qapalı başlandı
  • Hüquq müdafiəçisi Vidadi İsgəndərlinin məhkəməsi Yasamal Rayon Məhkəməsində başlayıb.

Bu barədə musavat.com-a məlumat verən reportyorumuz Elşən Məmmədəliyevin sözlərinə görə, məhkəmə qapalı keçirilir, jurnalistləri zala buraxmırlar.

 

Bununla belə, reportyorumuz öyrənib ki, V.İsgəndərliyə qarşı İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi üzrə ittiham irəli sürülüb. Polislər hüquq müdafiəçisinin üzünə dururlar ki, o, dövlət əleyhinə çağırışlar edib.

Qeyd edək ki, bir neçə gün öncə Vidadi İsgəndərlini Texniki Universitetin yaxınlığında həbs edib, Yasamal polisinə aparmış, sonra sərbəst buraxmışdılar.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.