Nemət Pənahlının şikayətinə baxış başqa vaxta keçirilib
  • Məhbus siyasətçi Nemət Pənahlı haqqında fevralın 25-də çıxarılmış məhkəmə qərarından apellyasiya şikayətinə baxış başqa vaxta keçirilib.

Fevralın 25-də Xəzər Rayon Məhkəməsi 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Arif Mirzəyevin Nemət Pənahlı barədə təqdimatına baxıb. Təqdimatda Nemət Pənahlının daxili nizam-intizamı dəfələrlə pozduğu iddia olunub. Hakim Nemət Pənahlının həbsxana rejiminə köçürülməsinə qərar verib.

“Media forum” saytına danışan vəkil Elçin Əliyev deyib ki, Nemət Pənahlı aprelin 17-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesə gətirilməyib. Mən hakimə dedim ki, məhbusun məhkəmədə iştirakı zəruridir. Nemət Pənahlının özü də prosesdə iştirak etmək istəyir. Bunun nəzərə alınmasını xahiş etdim. Hakim söz verdi ki, növbəti prosesdə Nemət Pənahlının iştirakını təmin edəcəklər”.

Proses aprelin 22-nə təyin olunub.

Milli azadlıq hərəkatının öncül simalarından olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.