Məhşur aparıcısı Xoşqədəm Hidayətqızı və komandası döyüldü
  • ATV telekanalının məşhur verilişlərindən sayılan "Səni axtarıram"ın yaradıcı heyəti Bakıdakı restoranların birində möhkəm döyülüb.

Bu arzuolunmaz hadisə “Səni axtarıram” verilişinin prodüsseri Fərhadın toy məclisində yaşanıb. Belə ki, sözügedən verilişin aparıcısı Xoşqədəm Hidayətqızı bəylə gəlinin toy günündə restoranının zalında “Səni axtarıram”ın mini formatını yaratmaq qərarına gəlib və bu gözlənilən nəticənin tamamilə əksini verib.

“Ssenari”yə uyğun olaraq balaca bir qız səhnəyə çıxaraq, “Xoşqədəm xanım, atamı axtarıram, mənə kömək edin” deyə ağlaya-ağlaya Xöşqədəm Hidayətqızının üstünə atılıb. Bundan sonra “ağlama, sənin atanı tapmaq üçün axtarışlara başladıq belə, biz Fərhadı tapacağıq” deyə aparıcı ağlayan qızın başını sığallayıb.

Amma bu sürpriz səhnə toy sahiblərinin heç də ürəyincə olmayıb. Belə bir xoş gündə yerinə düşməyən şit zarafatla barışa bilməyən gəlinin qohum-əqrabası əsəblərinə sahib ola bilməyib. Nəticədə qız tərəfi ilə “Səni axtarıram” ailəsinin arasındakı narazılıq əlbəyaxa dava ilə sonunclanıb. Xoşqadəm Hidayətqızının komandası möhkəmcə döyüldükdən sonra toyun reallaşdığı restorandan uzaqlaşdırılıb.

Hətta baş verən insident zamanı X.Hidayətqızının ünvanına ağır ifadələrin işlədildiyi də bildirilir.

Sabina Əsədova

(aznews)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.