Misir Mərdanov: “Təhsil naziri olaraq etiraf edirəm ki...”
  • "Təhsil naziri olaraq etiraf edirəm ki, dərsliklərimizdə müəyyən nöqsanlar ola bilər. Lakin dərsliklərdə elmi cəhətdən heç bir problem yoxdur”.

“Təhsil Nazirliyi olaraq, dərsliklərə hər il məsuliyyətlə yanaşırıq və bundan sonra da yanaşmalıyıq. Təhsil naziri olaraq etiraf edirəm ki, dərsliklərimizdə müəyyən nöqsanlar ola bilər. Lakin dərsliklərdə elmi cəhətdən heç bir problem yoxdur”.

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov bu gün “Heydər Əliyev və Azərbaycanda dərslik siyasəti” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. M.Mərdanov qeyd edib ki, ümumiyyətlə dərsliklərə elmi müzakirə doğuran məsələlərin salınmasının əleyhinədir. Onun fikrincə, bu məsələlərin dərsliklərə salınması qəbul olunmazdır.

Təhsil naziri əlavə edib ki, 2003-2004-cü tədris ilindən etibarən Azərbaycanda I sinifdən XI sinfə qədər bütün dərsliklər orta məktəblərə pulsuz paylanılır: “Həmçinin, hökumətin qərarı ilə hər bir sinif üzrə orta məktəb dərslikləri 4 ildən bir yenidən çap edilir. Lakin yarasız hala düşən dərsliklərin yenidən hazırlanması üçün hər il ümumi dərslik tirajının müəyyən faizi yenidən çap olunur. Bu gün dərslikləri digər kitablarla müqayisə edə bilmərik. Çünki dərsliklərdən şagirdlər, müəllimlərlə yanaşı, bütün cəmiyyət yararlanır”.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.