Tofiq Yaqubludan xəbər var
  • İsmayıllı hadisələrinə görə fevralın 4-də həbs edilən Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublunun istintaqında “yenilik” var.

Belə ki, aprelin 16-da Bakı İstintaq Təcridxanasında saxlanılan T.Yaqublu ilə bağlı istintaq hərəkəti aparılıb. Bu barədə onun vəkili Nemət Kərimli məlumat verib. Vəkil onu da deyib ki, müdafiə tərəfi istintaqın detalları barədə ətraflı məlumat vermək istəmir: “İstintaq hərəkatı zamanı Tofiq Yaqublu bir daha qarşı tərəfə xatırlatdı ki, yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıyırlar və qanunsuz hərəkətlərinə görə cavab verəcəklər”.

 

Qeyd edək ki, REAL Vətəndaş Hərəkatının rəhbəri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubluya Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.