Elşad Abdullayevin müxalifət liderləri ilə gizli əlaqəsi ortaya çıxdı
  • “Elşad Abdullayev mütəmadi olaraq Müsavat başqanı və AXCP sədri ilə əlaqə saxlayır”

Bu fikirləri fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin sözcüsü, bloqqer Elnur Məcidli bildirib.

Onun sözlərinə görə, Elşad Abdullayev mütəmadi olaraq skayp vasitəsilə İsa Qəmbər və Əli Kərimli ilə əlaqə saxlayır: “Elşad Abdullayevin intensiv olaraq Müsavat başqanı və AXCP sədriylə skype vasitəsiylə danışdığından da yəqinki xəbəriniz yoxdur”-deyə bildirən E.Məcdili qeyd edib ki, E.Abdullayev hakimiyyətə qarşı müxalifətdən də güclü mübarizə aparır.

Təzyiqlərə məruz qaldığını deyən E.Məcidli Elşad Abdullayevin Fransadan Azərbaycan gətirilməsi üçün müraciətlərin olduğunu deyib:

“Biz ən sərt mübarizə forması ortaya qoymuşuq, Avropaya qədər gəliblər, Fransa dövlətindən bizi dəfələrlə istəyiblər, vəziyyət budur. Ancaq Elşad Abdullayev lap ABŞ vətəndaşı olsun, bu hakimiyyət olduğu müddətdə ona Azərbaycanın qapıları bağlıdır, həmçinin mən də ölkəyə qayıtsam, məni nələr gözləyə bilər, təxmin edə bilirsiniz”.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.