Bakıda silahlı insident baş verib
  • Hadisə zamanı bir nəfər güllələnib. Bu barədə Xətai rayon Polis İdarəsindən bildirilib.

Hadisə fevralın 7-də qeydə alınıb. Xətai rayon sakini Müqabil Əliyevin evinə qonaq gələn qohumu, Beyləqan rayon sakini İsmayıl Hümbətov münaqişə zəminində ov tüfəngindən atəş açaraq ev sahibinə xəsarət yetirib. İ. Hümbətov daha sonra hadisə yerindən qaçıb. Müqabil Əliyev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Hazırda polis hadisəni törədən şəxsin tutulması istiqamətində tədbirlər görür.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.