Əkrəm Əylislinin kitabı Ermənistanda rekord vurdu
  • Erməni dilinə tərcümə olunan yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsəri bu ölkədə rekord həddə satılıb.

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, müxtəliş nəşriyyatların ən çox satılan kitablarının reytinq cədvəlində Əkrəm Əylislinin romanı yüksək satış göstəriciləri ilə seçilib.

Romanın “Qraber” nəşriyyatı tərəfindən tərcümə olunan variantı Ermənistanda bu həftənin ən çox satılan kitabı olub.

Aşağıdakı fotodan da göründüyü kimi müxtəlif nəşriyyatlarda tərcümə olunan “Daş yuxular” birinci yerlə yanaşı siyahıda üçüncü və beşinci yerləri də tutub.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.