Davanın təfərrüatları məlum oldu
  • Bakı metropoliteninin “Nizami” stansiyasında polis əməkdaşları ilə bir qrup şəxs arasında baş vermiş kütləvi davanın təfərrüatları və hadisədə zərər çəkmiş polislərin adları məlum olub.

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, hadisə nəticəsində 8 polis serjantı yaralanıb ki, onların da hamısı Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polisidir.

Belə ki, metroda mülki şəxslərdən biri polis serjantı İbrahim Əkbərliyə çiyin atıb və ona qarşı kobudluq edib. Bu zaman İ.Əkbərli və digər yoldaşları həmin şəxsə irad bildiriblər. Məsələyə digər gənclər də qarışıb və kütləvi dava düşüb. Gənclər polisləri müxtəlif əşyalarla xəsarətlər yetiriblər. Bir neçə polis əməkdaşına dəmir boru ilə endirilən zərbələr həmin əməkdaşların yuxarı və aşağı ətraflarının sınmasına səbəb olub. Hadisə nəticəsində xəsarət alan ÇPA polisləri bunlardır:

Zaur Məmmədov
Rəfail Kərimov
Ruslan Abdullayev
Elməddin Əzizov
Nicat Əliyev
Sadiq Mustafayev
İbrahim Əkbərli
Abdulkərim Adıgözəlov

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, dava salan gənclərin sayı təxminən 12-14 olub. Onlardan üçü - 1986-cı il təvəllüdlü Abbasov Əliağa Elşən oğlu, 1987-ci il təvəllüdlü Nəzərov Canəhməd İmanbala oğlu, 1986-cı il təvəllüdlü İsmayılov İntiqam Məmmədağa oğlu çox keçmədən saxlanılıb. Digərlərinin axtarışı isə davam etdirilir.

Hadisə ilə bağlı Yasamal RPİ-də Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə iş başlanılıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.