Milli Məclis sahibkarlar və miqrantlarla bağlı yeni sənədləri müzakirəyə çıxarır
  • Azərbaycan Milli Məclisinin növbəti plenar iclası çərşənbə axşamı öz işinə başlayıb.

İclasda yeni qanun və məcəllə layihələri müzakirəyə çıxarılacaq. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" yeni qanun layihəsində sahibkarların dövlət qurumları tərəfindən yoxlanılmasını məhdudlaşdırıcaq müddəalar öz əksini tapıb.

Millət vəkillərinin müzakirəsinə təqdim olunacaq digər yeni sənəd Miqrasiya Məcəlləsinin layihəsi olacaq. Məcəllə Azərbaycanda miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirməyə yönəlib.

Plenar iclasda, həmçinin "Qara dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında Saziş"ə düzəlişlərin təsdiq edilməsi, "Avtomobil yolları haqqında" və "İcbari sığortalar haqqında" qanuna dəyişikliklər, habelə Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin edilməsi müzakirəyə çıxarılacaq.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.