Belarus prezidenti Aleksandr Lukaşenko "Eurovision"u ittiham etdi
  • "Bu təkcə müsabiqənin nə qədər siyasiləşdiyini deyil, həm də onun nə qədər saxtalaşdırıldığını da göstərir"

"Sən hesabına ən azı 12 xal əlavə edə bilərsən. Bu təkcə müsabiqənin nə qədər siyasiləşdiyini deyil, həm də onun nə qədər saxtalaşdırıldığını da göstərir."

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsini "Eurovision-2013" mahnı müsabiqəsində təmsil edən Alyona Lanskayaya deyib.

Lukaşenkonun fikrincə, "Eurovision-2013" mahnı müsabiqəsində ölkəni təmsil edən Alyona Lanskayanın Rusiyadan bir xal belə almaması müsabiqənin fırıldaqçılıq əlamətidir, Belarus prezidenti fikrini əs aslandırmaq üçün Azərbaycanla Rusiya arasındakı qalmaqala da işarə edib.

"Mən qalibi heç nə də suçlamaq, rolunu azaltmaq istəmirəm. Danimarkalı qız doğrudan da mükəmməl idi, Amma bizim qızımız da ondan geri qalmırdı "- deyə prezident vurğulayıb.

Xatırladaq ki, "Eurovision-2013" müsabiqəsinin finalında Belarus təmsilçisi 26 iştirakçı arasında 16-cı yer tutub.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.